Şəmkir rayonunda aqrar sahənin inkişafı ilə bağlı nümunəvi layihələr sahibkarlara təqdim olunmuşdur.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Noyabrın 6-da belə tədbir-sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar form Şəmkir rayonunda keçirilmişdir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Şəmkir və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri füzətli qaydada maliyyələşdirilmişdir.
200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir istixanaların, intensiv nar və xirnik bağlarının və kartofçuluq təsərürfatlarının yaradılması üzrə numinəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirılmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materillar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4720 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan loqistika mərkəzlərinin, çörək zavodlarının, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət kəsimi və emalı, süfrə suları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 22100-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Şəmkir və ətraf rayonlardan olan 794,6 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, üzümçülük, arıçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4785 sahibkara 261 milyon manat gözəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Şəmkir rayonunun Yeni Həyat kəndində güzəştli kredit ayrılmış müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilmişdir. İldə 2.7 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan bu kompleksə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilmişdir.