Şriftin ölçüsü :

Saytın rəngi :

“Azpetrol” şirkəti Şəmkir şəhərində sayca 80-ci yeni yanacaqdoldurma məntəqəsi açmışdır

28 avqust 2012 | 15:00

“Azpetrol” şirkəti Şəmkir şəhərində sayca 80-ci yeni və müasir yanacaqdoldurma məntəqəsi istifadəyə vermişdir. Məntəqədə sürücülər yüksəkkeyfiyyətli yanacaqla təmin olunurlar.
Məntəqənin açılışı zamanı şirkətin baş direktoru Hüseynağa Rəhimov yeni məntəqənin istifadəyə verilməsinin Ramazan bayramına təsadüf etməsini və ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə inşa olunmasını əlamətdar hadisə kimi dəyərləndirmişdir.
“Azpetrol”un yeni məntəqələrinin bölgələrdə açılması həm də yerli əhalinin işlə təmin olunması deməkdir. Otuz altı nəfərin işlədiyi məntəqə regionlarda olan digər məntəqələrdən orijinal tərtibatı və nəfis dizaynı ilə seçilir.
Azərbaycanda avtomobil yanacağının pərakəndə satışı sahəsində lider kimi tanınan “Azpetrol” bu nailiyyətləri ilə kifayətlənmir. Şirkət yanacaqdoldurma məntəqələrinin genişləndirilməsi istiqamətində iş aparır. Bu il şirkət Sumqayıt şəhərində də gözəl dizayna malik məntəqəni istifadəyə verəcəkdir.

Keçidlər