Şriftin ölçüsü :

Saytın rəngi :

SEYFƏLİ ZONASI, ÇİNARLI QƏSƏBƏSİ VƏ BARLIBAĞ SAKİNLƏRİNƏ ŞAD XƏBƏR

03 sentyabr 2019 | 16:00

Bu gün genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin vüsət aldığı Şəmkir rayonunda bütün sahələr üzrə vətəndaşlara göstərilən xidmətlər də daim diqqət mərkəzində saxlanılır.

Dövlət başçısının qayğısı sayəsində vətəndaşlara göstərilən bütün xidmət sahələri kimi, su təminatı da rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılan sahələrdən biridir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şəmkirçay su anbarından çıxan, sağ sahildən çəkilən 1800 mm diametrli, 4.2 kilometr uzunluğunda yeni suvarma kanalının çəkilişi də bu işlərin bariz nümunəsidir.

Artıq bu vacib hidrotexniki qurğunun 1.3 kilometrlik hissəsi çəkilmişdir.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni çəkilən su kanalında görülən işlərlə tanış olub.

İcra başçısına bildirilib ki, kanalın istifadəyə verilməsi Çinarlı qəsəbəsi, Seyfəli zonası və Barlıbağ sakinlərinin 1200 hektarlıq torpaqlarının suvarma suyu ilə təmin ediməsinə imkan yaradacaqdır. Gələcəkdə boruların uzunluğu 12 km-ə çatdırılacaq və əhatə etdiyi ərazilər tamamilə suvarma suyu ilə təmin ediləcək.

Keçidlər