Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİR HƏR ZAMAN MƏRD OĞULLARI İLƏ TANINIB. O OĞULLAR Kİ..." - ALİMPAŞA MƏMMƏDOV

28 avqust 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaş qəbulu davam edir.

İcra başçısının vətəndaşların müraciətlərinə əsasən yaşadıqları ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün rayonun Dəllər Cəyir kənd sakinləri görüşüb.

Qəbuldan öncə icra başçısı kənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

İcra başçısı şəmkirlilərlə çiyin-çiyinə çalışmaqdan gözəl bir hiss olmadığını bildirib: “Şəmkir mənim üçün çox dəyərlidir. Bu rayonu canım qədər çox sevirəm. Rayonumuzun uğurları üçün sizlərlə birlikdə çalışmaqdan qürur duyuram. Çünki Şəmkir hər zaman mərd oğulları ilə tanınıb. O oğullar ki, el-obalarından, evlərindən, ailələrindən uzaq düşüb xaricdə vətənlərini məğrurcasına təmsil edir, Şəmkirin sosial-iqtisadi inkişafında dövlətlə əl-ələ çalışır. Baxın bu insanlar bizim qürur yerimizdir”.

Daha sonra sakinlər fərdi qaydada dinlənilib.

Səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər