İCRA BAŞÇISI ABOEMDA NÜMAYƏNDƏSİNİ QƏBUL EDİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil Məlikovu və sədrin müşaviri Fəqan Abdurəhmanovu qəbul edib.
Görüşün məqsədi yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan müxtəlif layihələrin müzakirəsi olub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonağı salamlayıb və Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Şəmkirin zəngin təbiyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən danışıb.
ABOEMDA-nın sədr müavini C.Məlikov göstərilən diqqətə görə Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirib.
Agentliyin sədr müavini ənənəvi istehsalın mərhələli şəkildə bərpaolunan və yeni təkrar emal növlərinə çevrilməsi, enerji asılılığının aradan qaldırılması və ekoloji mühitin qorunması kimi bir sıra önəmli hədəflərə nail olunması üçün həyata keçirilən layihələr haqqında məlumat verib.
Cəmil Məlikov ABOEM texnologiyaları tətbiq etməklə yaşayış və qeyri-yaşayış binalarının enerji təminatı, günəş, külək, geotermal və bioenerji hesabına hibrid tipli stansiyaları prinsipi çərçivəsində şəhər və rayonlarda yerli enerji mənbələri hesabına enerji təminatının formalaşdırılması və ölkə miqyasında sənaye tipli elektrik stansiyalarının və onların idarəetmə mexanizmlərinin strukturu haqqında ətraflı məlumat verib.
Daha sonra tərəflər arasında çoxsaylı layihələr haqqında müzakirələr aparılıb.