Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyəti Aparatında rayon ağsaqqalları və din xadimləri ilə görüş keçirilmişdir.

05 noyabr 2014 | 16:00

    Şəmkir Şəmkir rayon İcra Hakimiyyəti Aparatında keçirilən görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa  Məmmədov, İcra Hakimiyyəti Başçısının müavinləri Qüdrət Əliyev və Sona Əliyeva,  Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir rayon şöbəsinin rəisi  Musa  Haqverdiyev,  rayon ağsaqqalları  və din xadimləri iştirak edirdi. 
Toplantını giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa  Məmmədov yas mərasimlərinin neçə illərdən bəri mahiyyətinə uyğun olmayan formada keçirilməsinin dəb halını alması, israfçılığa yol verilməsi, yersiz təmtərağın uzun zamandır ictimai rəyi məşğul edən ən problemli məsələlərdən birinə çevrildiyini bildirmiş, cəmiyyətin ən müxtəlif sosial təbəqələrinin  – ictimai-siyasi xadimlərdən ziyalılara, alimlərdən pedaqoqlara qədər, demək olar, hamının neçə illərdən bəri adət halını almış bu tendensiyanın bəhshəbəhs, “palaza bürün, ellə sürün” prinsipi ilə əndazəsini aşmasından, nəticədə başqalarından dala qalmaq istəməyən kasıb, imkansız təbəqənin maddi sıxıntı çəkməsindən, bir çox hallarda borca-xərcə düşməsindən narahatlıq ifadə etdiyini bildirmiş, bununla bağlı tədbirlərin görülməsinin zəruriliyini vurğulamışdır.
    Rayon ağsaqqalları və din xadimləri çıxış edərək öz təklif və tövsiyələrini bildirmiş, toplantı iştirakçıları tərəfindən bu fikirlər müsbət qəbul olunmuşdur. Toplantıda Rayon  ağsaqqlarının təklifi ilə yas mərasimlərində yalnız çay süfrələrinin açılmasının əhali tərəfindən müsbət qarşılandığı qeyd olunmuş, yeni qaydaların həm ağsaqqallar həm də din xadimləri tərəfindən  təbliğatının aparılmasının vacib olduğu bildirilmişdir.

Keçidlər