Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI MEKSİKANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL EDİB

26 avqust 2019 | 16:00

Meksikanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Şəmkir rayonuna səfər edib.

Səfərin məqsədi rayonla ilə tanışlıq, Meksika ilə Azərbaycanın sıx dostluq əlaqələrindən istifadə edərək Meksika şəhərləri ilə Şəmkir arasında sıx dostluq, qardaşlıq əlaqələrinin qurulması, qarşılıqlı münasibətlərin gücləndirilməsi olub.

Səfər çərçivəsində Xuan Rodrigo Labardin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb.
Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə Alimpaşa Məmmədov qonaqları salamlayıb və onları Şəmkirdə görməkdən məmnun olduğunu bildiribvə səfir Xuan Rodrigo Labardinə rayon haqqında ətraflı məlumat verib: “Şəmkir Azərbaycanın inkişaf etmiş rayonlarından biridir. Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanda olan istixanaların böyük əksəriyyəti Şəmkirdə yerləşir. Biz ildə 10 min tondan çox pomidor və xiyar istehsal edib xarici bazarlara ixrac edirik. Rayonumuzda olan istixanalarda 15 mindən çox işçi çalışır”.

İcra başçısı Azərbaycanın hər yerində olduğu kimi Şəmkirin də tolerant bir rayon olduğunu bildirib: “Şəmkirdə 18 müxtəlif xalqın nümayəndəsi yaşayır. Onlar rayonumuzda xoşbəxt və firavan həyat sürürlər. Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də bu məsləyə xüsusi diqqət ayrılır”.

Alimpaşa Məmmədov Şəmkirdəki alman mədəniyyəti haqda da qonağa məlumat verib: “Rayonumuz Azərbaycandakı ən qədim alman məskənlərindən biridir. Şəmkirin 5 əsas küçəsi almanlar tərəfindən salınıb. Bu gün biz alman mədəniyyətini yüksək səviyyədə qoruyur, onların rayonumuzdakı kültürünə hörmətlə yanaşırıq. Tərəfimizdən 151 alman evi restarvasiya olunub”.

Meksikanın ölkəmizdəki səlahiyyətli səfiri Xuan Rodrigo Labardin də öz növbəsində Şəmkirdə olmaqdan mənun olduğunu bildirib: “Rayonunuz çox gözəl və səliqəlidir. Buranın füsünkar təbiyyəti var. İlk dəfə rayonunuzda olmağıma baxmayaraq Şəmkirin gözəlliyini duya bildim”.
Səfir daha sonra Meksikanın iqtisadiyyatı, sənaye və kənd təsərrüfatı haqqında icra başçısına ətraflı məlumat verib.

Görüşün sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səfir Xuan Rodrigo Labardinə şəmkirlilər adından hədyyə təqim edib. Daha sonra qonaqlar xatirə şəkli çəkdirib.

Keçidlər