Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 avqust 2019 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin Şəmkir rayonunda təqdimatı olub.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısıın müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, rayon Məşğulluq Mərkəzlərinin direktoru Namiq İsmayılov, BMT-nin inkişaf Proqramının layihə rəhbəri Faiq Sadıqov və layihəyə cəlb edilən əlilliyi olan vətəndaşlar iştirak edib.

Layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib.

“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də ölkəmizdə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün görülən işlərə mühüm dəstək məqsədi daşıyır.

Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olanların seçimi prosesi davam edir. Nəticədə 700 nəfər seçilərək təlimlərə cəlb ediləcək. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək. Bundan sonrakı mərhələdə proqram iştirakçılarının müvafiq məsləhət xidmətləri ilə təmin olunması nəzərdə tutulur.

Tədbir zamanı layihə çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərə dair ətraflı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər