“Zəka” gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzində gənc idmançılar və məşqçilərlə görüş keçirilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zəka” gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzində gənc idmançılar və məşqçilərlə görüş keçirilmişdir. Toplantını giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Cənab Alimpaşa Məmmədov ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də qazandığı böyük və fundamental uğurları təbii olaraq Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf etməsini tamamı ilə məntiqi və qanunauyğunluq olaraq səciyyələndirib. “Gəncləri idman vasitəsi ilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycana medalların axıb gəlməsi ilə bərabər Respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir. Elə bizim 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarına ev sahibliyi etməsi deyilənlərə canlı misaldır”.
Şəmkir rayon idmançilarindan Mirəliyev Mövlud oktyabr ayında İspaniyada keçirilən Veteranlar arası Cüdo üzrə dünya çempionu adını qazanmış, Zamanov Oruc Türkiyədə 65 kq çəki dərəcəsində Pankriation Qaydasız döyüş növü üzrə I yerə, Novruzlu Şirxan Gürcüstanda keçirilən Beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində MMA Qaydasız döyüş növü üzrə I yerə layiq görülmüşlər. Hər üç idmançı Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə, onların məşqçiləri Məhərrəmov Samir İntiqam oğlu və Hacıyev Habil Məhərrəm oğlu pul mükafatı ilə mükafatlandırıldılar.