KÖRPƏ FİDANLARDAN MARAQLI KOMPOZİSYALAR - "BAĞÇANIN TƏQDİMATI"
20 avqust 2019 | 16:00
Bildiyiniz kimi Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçanın təqdimatı" başlığı altında layihə həyata keçirilir.
Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayon Mahmudlu və Plankənd kənd körpələr evi-uşaq bağçasının fidanları birlikdə ediblər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini- İstimai siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva da iştirak edib.
Körpə fidanlar bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.
İzləyənlər gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.