Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə DSX əməkdaşlarının peşə bayramı təntənəli qeyd olunub

17 avqust 2019 | 16:00

Bu gün Şəmkir rayonunda Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi böyük təntənə ilə qeyd edilib.

Bu münasibətlə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı Şəmkir sərhəd dəstəsinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə əklil qoymuşlar.

Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir.

İcra başçısı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman-danı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, hərbi texnikanın və xüsusi-texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd edib.

Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

Keçidlər