Şriftin ölçüsü :

Saytın rəngi :

"Cənab Prezidentimizin Sərəncamından sonra kəndimizdə qurbanlar kəsdik" - Bayralı ağsaqqalları

17 avqust 2019 | 16:00

Şəmkirdə vətəndaş amilini hər zaman ön plana çəkən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəsmi qəbul günündən başqa rayonun müxtəlif kənd və qəsəbələrində olur, sakinlərlə görüşür. Bir sözlə icra başçısını günün istənilən saatında şəmkirlilərin yanında görmək mümkünüdür.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeşliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun Bayramlı kənd sakinlərini fərdi şəkildə qəbul edib. Səyyar qəbul-görüşdə Şəmkir Rayon prokuroru Azər Hətəmov da iştirak edib.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, bu gün xalqımızın sosial müdafiəsinin təmin edilməsi istiqamətində Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək vətəndaşlarımıza layiqli xidmət etməyə çalışırıq.

Daha sonra fərdi şəkildə müraciət etmək istəyən vətəndaşlar dinlənilib.

Qəbul bir qrup kənd ağsaqqalı qəbula gələrək icra başçısı Alimpaşa Məmmədovdan xahiş ediblər ki, sözlərini Cənab Prezident İlham Əliyevə çatdırsın: “Bütün Şəmkir sakinləri kimi, biz də Prezidentimizi çox sevir və hər zaman da dəstəkləyirik. Onun Azərbaycanımız üçün gördüyü işlər hər birimizi çox sevindirir. Bu gün Prezidentimizin qayğıkeşliyi sayəsində kəndimizə gözəl yol çəkilir, işığımız, qazımız dimidir. Bayramlı kəndi Respublikamızın ən gözəl kəndlərindən birinə çevirilib. İnanın, Cənab Prezidentin yolumuzla bağlkı verdiyi Sərəncama qurbanlar kəsdik.”

Həmçinin qəbulda kənd sakinləri tərəfindən sosial problemlər, mübahisəli torpaq məsələsi və digər məsələlər barədə müraciətlər edilib.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər