27 YAŞLI GƏNC DƏLLƏR CƏYİRƏ MÜAVİN TƏYİN EDİLDİ
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Qurbanov Rüfət İlqar oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.
R.Qurbanov 03 sentyabr 1992-ci il tarixində Şəmkir rayonunun Dəllər Cəyir kəndində dünyaya gəlib. Azərbaycan Texnalogiya Universitetini bitirib.
27 yaşlı gənc bundan öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Rüfət Qurbanovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!