Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRƏ VƏ ŞƏMKİRLİLƏRƏ XİDMƏT ETMƏKDƏN QÜRUR DUYURAM"

16 avqust 2019 | 16:00

“Prezident Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub”.

Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün keçirilən vətəndaşların qəbulu zamanı bildirib.

Qəbul zamanı 138 nəfər rayon sakininin müraciəti dinlənilib.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.

Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Qəbul zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirə və şəmkirlilərə xidmət etməyin onun üçün şərəf olduğunu bildirib.

Keçidlər