Şriftin ölçüsü :

Saytın rəngi :

ABBASLI KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

07 avqust 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov bu gün Abbaslı kəndində 23 nəfər sakinin müraciətini fərdi qaydada dinləyib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən elektrik dirəklərinin dəyişdirilməsi, yolların təmiri, suvarma suyu və mübahisəli torpaq məsələləri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, bu gün xalqımızın sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən ən vacibidir: “Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək bizim də əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir”.

Son illər ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da böyük işlər görüldüyünü vurğulayan Abbaslı sakinləri isə Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Keçidlər