Şriftin ölçüsü :

Saytın rəngi :

İrmaşlı kəndində sakinlərin içməli su təminatı yaxşılaşdırılır

06 avqust 2019 | 16:00

Şəmkir rayonu ərazisində əhalinin içməli suya olan təlabatını ödəmək üçün tədbirləri davam etdirilir.

Şəmkir rayon İrmaşlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi və kənd sakinlərinin təşəbbüsü ilə içməli su təminatının yaxşılaşdırılması istiqamətində su xətlərinin yenidən qurulması işinə başlanılıb.

Əsası 1982-ci ildə qoyulmuş Qaynama adlanan su xəttində yenidənquruma işləri aparılır.

Qeyd edək ki, 4 km məsafədə mövcud olan su xəttinin tam yenidən qurulması nəzərdə tutulur. Xətlərin yenilənməsi nəticəsində 5110 nəfər kənd sakininin içməli suya olan təlabatı tam ödəniləcəkdir.

Keçidlər