Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib - FOTO

05 avqust 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, iştirak ediblər.

Əvvəlcə gündəlikdə duran məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda çıxış edən Alimpaşa Məmmədov Prezident cənab İlham Əliyevin ölkəmizin şəhər və rayonlarının sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların Şəmkir rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Şəmkirdə də uğurla davam etdirildiyini xüsusi vurğulayıb.

Daha idarə, təşkilat rəhbərləri məruzə ilə çıxış ediblər.

Keçidlər