Şriftin ölçüsü :

Saytın rəngi :

XALQ RƏSSAMLARI İCRA BAŞÇISINA FƏRMAN SALMANOVUN HEYKƏLİNİN MODELİNİ HƏDİYYƏ ETDİLƏR

03 avqust 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Xalq əssamları Salxab Məmmədov və Əli İbadullayevi qəbul edib.

Görüş zamanı icra başçısı qonaqları salamlayıb, Azərbaycan xalqının ən dəyərli mədəni irslərinin təbliğatçılarını Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.

Xalq rəssamları da Şəmkir RİH başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürlərini bildirib, rayona səfərləri barədə məlumat veriblər.

Görüş zamanı qonaqlar Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında da söhbət açıb, fikir mübadiləsi aparıblar.
Monumental saxsı, panno, vitraj və nəqqaşlıq kimi əsərlərin müəllifi Salxab Məmmədov Şəmkirin qısa zamanda Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, rayondakı gözəlliyə, xüsusilədə tarixi mədəniyyət izlərinə valeh olduğunu bildirib.

Görüş zamanı Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şəmkir şəhərində Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun xatirəsini əbədiləşdirmək üçün ucaldılacaq heykəl haqda da müzakirələr aparılıb.

Sonda xalq rəssamları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova görkəmli alim Fərman Salmanovun Rusiya Federasiyasında ucaldılmış abidəsinin modelini hədiyyə ediblər.

Keçidlər