QARACƏMİRLİ VƏ SABİRKƏND KÖRPƏLƏRİNDƏN VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİ
Bildiyiniz kimi Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçanın təqdimatı" başlığı altında layihə həyata keçirilir.
Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayon Qaracəmirli və Sabirkənd kənd körpələr evi-uşaq bağçasının fidanları birlikdə ediblər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.
Körpə fidanlar bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.
Körpələrin məharətlərinə heyran qalan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.
Təqdimatda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizdə körpələrə göstərilən qayğının nəticəsidir ki, bu gün Şəmkirdə körpələr evi uşaq-bağçaları təmir edilir, yeniləri tikilir.
Rayon rəhbəri vurğulayıb ki, bu gün bu gözəl balaları yanına gəlməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün körpələrə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.