BU GÜN 254, SON 3 QƏBULDA İSƏ ÜMUMİ 656 NƏFƏR SAKİNİN MÜRACİƏTİ DİNLƏNİLİB
Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov bu gün keçirilən vətəndaşların şifahi qəbulunda 254 nəfərin müraciətini dinləyib.
Hər zaman olduğu kimi, bu günki qəbuluna da insanlar böyük ümidlə gəlmişdirlər.
İcra başçısı bildirib ki, Cənab İlham Əliyev prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən keçirilən Son 3 vətəndaş qəbulunda 656 nəfər Şəmkir sakinin müraciəti dinlənilib.
Qəbula gələn Şəmkir sakinləri də hər zaman xalqın rifahına çalışan Cənab Prezident İlham Əliyevə diqqət və qayğıya görə minnətdarlıq ediblər.