Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ DAHA BİR BAĞÇAYA YENİ MÜDİR TƏYİN EDİLİB

01 avqust 2019 | 16:00

Şəmkir rayonunun Sarıtəpə kəndində yerləşən Şəmkir kənd körpələr evi-uşaq bağçasına yeni müdir təyinatı olub.

Belə ki,Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Xəlilova Zəminə Əziz qızı Şəmkir kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib.

Z.Xəlilova 1980-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. Gəncə Dövlət Universitetinin İptidai təhsilin pedaqogika və metodikası fakültəsini bitirib. Ailəlidir, 3 övladı var.

Zəminə Xəlilova bundan öncə Şəmkir rayonunun Qədimqala kənd körpələr evi-uşaq bağçasında təsərrüfat müdiri kimi fəaliyyət göstərib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Zəminə Xəlilovanı təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər