Şriftin ölçüsü :

Saytın rəngi :

UCQAR DAĞ KƏNDİNDƏ YERLƏŞƏN HƏKİM MƏNTƏQƏSİ ƏSASLI TƏMİR EDİLİR

30 iyul 2019 | 16:00

.

Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də əsaslı şəkildə təmir olunan Yeni Göyçə həkim məntəqəsidir.

Bu gün Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Yeni Göyçə həkim məntəqəsində aparılan təmir işlərinin gedişatı ilə yaxından tanış olub.

İcra başçısına bildirilib ki, 2019-cu ilin aprel ayından təmirinə başlanılan tibb müəssində artıq söküntü işləri tam başa çatdırılıb, təmir işləri sürətlə davam etdirilir.

Təmir bərpa işlərinin bir qismi yekunlaşıb. Həkim məntəqəsi binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Yenilənən səhiyyə ocağında ucqar dağ kəndi olan Yeni Göyçə və ətraf kəndlərdə yaşayan üç minə yaxın əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.

Həkim məntəqəsində sakinlərə proflaktik müayinələrin aparılması, ilkin tibbi yardım, uşaqların peyvəndi, hamiləliyin qeydiyyata alınması və izlənməsi kimi tibbi xidmətlər göstəriləcək.

Kənd sakinləri rayon mərkəzindən uzaqda, ucqar dağ kəndində əhaliyə xidmət edəcək həkim məntəqəsində aparılan təmir işlərinə, sakinlərə göstərilən qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər