Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI UCQAR DAĞ KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞÜB

30 iyul 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaş qəbulu davam edir.

İcra başçısının vətəndaşların müraciətlərinə əsasən yaşadıqları ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün rayonun ən ucqar dağ kəndlərindən olan Yeni Göyçədə 17 nəfər sakinin müraciətini fərdi qaydada dinləyib.

Qəbuldan öncə icra başçısı kənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər