Şriftin ölçüsü :

Saytın rəngi :

"ÇALIŞDIĞIN RAYONU, ONUN SAKİNLƏRİNİ SEVMƏSƏN ƏSLA ORADA UĞUR QAZANA BİLMƏZSƏN" - ALİMPAŞA MƏMMƏDOV

29 iyul 2019 | 16:00

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir, bir sözlə hər zaman vətəndaşlarla yan-yana, çiyin-çiyinə çalşır.

Alimpaşa Məmmədov həm də ona görə Şəmkiri qarış-qarış gəzir ki, deməyə sözü çoxdur. Çünki inkişaf edən Azərbaycanın bir parçası olan rayonumuzun gündəlik həyatı çox zəngindir. İcra başçısını səyyar qəbullara bu qədər həvəslə getməyə sövq edən, vətandaşa hesabat vermək üçün kifayət qədər mövzuların olmasıdır.

Bu gün növbəti səyyar qəbul-görüş rayonun ucqar dağ kəndi olan Atabəydə keçirilib.

Fərdi görüşdən öncə kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov ilk sözə Şəmkirə və şəmkirlilərə olan sevgisindən danışmaqla başladı: “Mən Şəmkiri canım qədər çox sevirəm. Çünki çalışdığın rayonu, onun sakinlərini sevməsən, əsla orada uğur qazana bilməzsən. Çox şadam ki, biz şəmkirlilər bir ailə şəkilində çalışırıq. Birlikdə qazandığımız uğurlar isə göz qabağındadır”.

Daha sonra icra başçısı respublikamızda, o cümlədən Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı.

Sakinlərlə ümumi söhbətdən sonra vətəndaşlar fərdi şəkildə qəbul edilib.

Qəbulda əsasən elektrik dirəklərinin yenilənməsi, kəndə təbii qaz çəkilməsi, internet problemi və digər sosial məsələlərin həlli qaldırılıb.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara lazımi tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər