Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ APREL ŞƏHİDİNİN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLDİ

29 iyul 2019 | 16:00

Şəmkir rayonun Tatarlı kəndində aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Nurlan Qasımovun adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə Vəkili Sona Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Sona Əliyeva şəhid Nurlan Qasımovun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğu diqqətə çatdırıb: “Nurlan Qasımovun xatirəsinin əbədiləşdirilməsi bizim, xalqımızın, Azərbaycan dövlətinin şəhidlərimizə olan sonsuz sayğısının, ehtiramının göstəricisidir”.

Millət vəkili bu gün qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı düşməndən azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını vurğulayıb.

Sonra lövhənin üzərindən örtük götürülüb və önünə tər gül dəstələri qoyulub. Daha sonra şəhidin məzarı ziyarət olunub və qonaqlar Şəmkirin qəhrəman övladını böyüdən ailəyə baş çəkiblər.

Tədbirdən sonra Millət Vəkili Sona Əliyeva Tatarlı kəndində seçiciləri ilə görüşüb.

Keçidlər