Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ UŞAQ BAĞÇALARININ ƏRZAQ TƏMİNATI ELEKTRON SİSTEMƏ KEÇİR

24 iyul 2019 | 16:00

Bu gün Şəmkir rayonunda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir.

Şəffaflığın və dürüstlüyün təmin edilməsi məqsədilə məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı vəziyyəti və ayrılmış ərzağın saxlanılması qaydası günün tələblərinə uyğun şəkildə qurulmuş, 52 məktəbəqədər təhsil müəssisəsinin hər biri soyuducularla təmin edilmiş, ərzağın aylıq bölgüsü və çatdırılması daim nəzarətdə saxlanılmaqdadır.

Bu məqsədlə Azərbaycanda ilk dəfə 2017-ci ilin fevral ayından etibarən Şəmkirdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında mərkəzləşdirilmiş elektron sistem yaradılıb. Bu günlərdə isə sitem daha da təkminləşdirilib və istifadəyə verilib.

Bu günlərdə yeni yaradılmış elektron sistemin rayon ərazisində yerləşən körpələr evi-uşaq baxçalarında tətbiqilə bağlı bağça müdirlərinə təlim keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Turanə Məmmədova təlim zamanı yeni elektron sistemdə ərzağın uşaq sayına uyğun gündəlik qida normasına görə bölgüsü, körpələrə verilən yeməyin tərkibindəki ərzaqların miqdarı da hər gün körpələr evi-uşaq bağçaları tərəfindən sistemin məlumat anketi bölməsinə yüklənməsi qaydaları haqqında məlumat verib.

 

Keçidlər