Şriftin ölçüsü :

Saytın rəngi :

XANIM İCRA NÜMAYƏNDƏSİ "DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ" MEDALI İLƏ TƏLTİF EDİLİB

22 iyul 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Verdiyeva Sevda Aslan qızı Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və İcra Hakimiyyətinin məsul şəxsləri Sevda Verdiyevanı təbrik edib və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıblar.

Səmərəli fəaliyyəti ilə seçilən xanım icra nümayəndəsinə medalı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.

Sevda Verdiyeva da öz növbəsində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə və İcra başçısına göstərdikləri daimi diqqət və dəstəyə görə təşəkkürünü bildirdi, Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Sevda Verdiyevanı təbrik edir, uğurlar arzulayırıq.

Keçidlər