Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisinə başlanılıb - FOTO

20 iyul 2019 | 16:00

Şəmkir rayonun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bayramlı kəndi ərazisindən müvafiq işlərə artıq başlanılıb.

Uzun müddətdir ki, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun eni genişləndirilir, yol boyu zəruri olan yerlərdə yararsız hala düşmüş hissələr təmir edilir yeni yol salınır.

Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yoluna müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev yeni salınan yolda işin gedişatı ilə maraqlanıb.

İş icraçıları bildirib ki, yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Ümumiyyətlə Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisindən sonra 85 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin Bakı-Qazax-Gürcüstan avtomobil yoluna rahat çıxışı təmin olunacaq.

Şəmkirdə əhalinin çox sıx şəkildə yaşadığı əraziləri birləşdirən avtomobil yolunun təmirinə görə sakinlər Cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Keçidlər