Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRDƏ SON İKİ AYDA 22 NƏFƏR KÖNÜLLÜDƏN 7 NƏFƏRİ İŞLƏ TƏMİN OLUNUB" - FOTO, VİDEO

19 iyul 2019 | 16:00

İyulun 18-də Şəmkir rayonu üzrə təcrübə keçən könüllülərlə görüş keçirilib. Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət Vəkili Sahibə Qafarova iştirak ediblər.

Tədbirdə çıxış edən Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq baxımından çox önəmli və vacib faktordur.

İcra başçısı peşə vərdişlərini aşılamaq baxımından ölkədə könüllülük hərəkatını inkişaf etdirilməsini Cənab Prezidentin gənclər üçün yaratdığı böyük bir fürsət, gələcəkləri üçün uğurlu bir başlanğıc olduğunu vurğulayıb.

Alimpaşa Məmmədov sonda könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Millət Vəkili Sahibə isə çıxışında son illərdə ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, Respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısının könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirdi. Sahibə Qafarova bu gün Şəmkirdə 22 könüllüdən 7 nəfərinin işlə təmin olunmasını isə yüksək qiymətləndirib.

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək öyrəndikləri işlər haqqında ətraflı məlumat verib, onlar üçün belə gözəl şəraitin yaradılmasına görə ölkə Prezidenti Cənab İlham Əliyevə Minnətdarlıqlarını bildiriblər.

Sonda Şəmkir Rayon İcra Hakimiyyətində və rayon ərazisində olan digər təşkilatlarda təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olundu.

Qeyd edək ki, Şəmkir rayonu üzrə iki ay müddətinə könüllülük proqramına cəlb edilmiş 22 nəfərdən 7 nəfəri proqramın sonunda işlə təmin olunublar.

 

Tədbirin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz

http://www.youtube.com/watch?v=lI7L79qCn-o

 

 

 

 

Keçidlər