Fərman Hüseynov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif edilib
Hüseynov Fərman Nəriman oğlu Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Yubiley medalını rayonun fəal gənclərinin də iştirak etdiyi tədbirdə Fərman Hüseynova Millət Vəkili Sahibə Qafarova təqdim edib.
Qeyd edək ki, Fərman Hüseynov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rayon ərazisində çoxlu sayda əl işləri mövcuddur. Şəmkir rayonu Tarix -Diyarşünaslıq muzeyinin divarında həkk olunmuş Azərbaycanın tarixini, mədəniyyətini və adətənənələrini əks etdirən, Ginnesin rekordlar kitabına namizəd əsərin müəllifidir. O yaradıcılıq işləri ilə yanaşı rayonun ictimai-siyasi həyatında da fəal iştirak edir.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Fərman Hüseynovu təbrik edir, uğurlar arzulayırıq!