Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİ GÖSTƏRİLƏN DƏSTƏYƏ GÖRƏ İCRA BAŞÇISINA TƏŞƏKKÜR EDİBLƏR - GƏNCLƏRLƏ NÖVBƏTİ GÖRÜŞ

25 iyun 2019 | 16:00

Bu gün Şəmkir rayonunda digər sahələrə olduğu kimi, gənclərlə bağlı layihələrə də xüsusi diqqət yetirilir, gənclərin potensialından səmərəli istifadə olunur.

Bunun nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir gəncləri ilə tez-tez görüşlər keçirir, onların problemləri ilə yaxından maraqlanır.
İcra başçısının gənclərlə daha bir görüşü baş tutub.

Görüşdə gəncləri salamlayan rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bü gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində müxtəlif dövlət proqramlarının gənclərin hərtərəfli inkişafına xidmət edir: “Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur”.

İcra başçısı bildirib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Görüş zamanı “Böyük Yol Gənclər İctimai Birliyi”nin tərkibində olan “Gənc Tərbiyəçilər Birliyi”, Gənc Müəllimlər Birliyi”nin, “Gənc Həkimlər Birliyi”nin, “Gənc Xeyriyyəçilər Birliyi”nin və “Gənclərin Mədəni İnkişaf Birliyi”nin sədrləri çıxış edib, görülən işlərdən danışıblar.

Şəmkir sakinlərinin sevimlisinə çevirilməyi bacaran “Gənc Xeyriyyəçilər Birliyi”nin üzvləri isə onlara göstərilən dəstəyə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova və birliyin fəaliyyətində yaxından iştirak edən, onlarla əməkdaşlıq edən gənclərə minnətdarlıq bildirib, birlik adından xatirə hədiyyəsi təqdim ediblər.

Sonda Alimpaşa Məmmədov isə öz növbəsində gördükləri gözəl işlərə görə Şəmkir gənclərinə təşəkkür edib.

Keçidlər