ŞƏMKİR RİH-DƏ DAHA BİR GƏNC YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ
Şəmkir Rayon İcra Hakimiyəti başçısı Aparatında İnformasiya təminatı və təhlili sektoru gənc kadra tapşırıldı.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Seyidov Elgün Sahib oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyin edilib.
Elgün Seyidov 03 oktyabr 1987-ci ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində dünyaya gəlib. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin jurnalistika ixtisasını bitirib.
Ailəlidir, bir övladı var.
32 yaşlı gənc daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Humanitar və istimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elgün Seyidovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!