Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirli kümçü:"İpəkqurdu bəsləməklə qısa müddətdə çəkdiyin zəhmətin bəhrəsini görürsən"

13 iyun 2019 | 16:00

Ölkəmizdə baramaçılığın inkişafı şəmkirli kümçülərin də bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.

Bu gün Şəmkirdə baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəmkir rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.
Təsadüfi deyil ki, son iki ildə rayonda təsərrüfatın bu sahəsinə maraq göstərənlərin sayı xeyli artıb.

Rayonda artıq gənclər də baramaçılığa maraq göstərir, bu sahədən özüləri üçün gəlir götürürlər.

Şəmkir şəhər sakini, kümçü Razim Məmmədov bildirir ki, baramaçılığa marağı onlarda yaşlı nəsli nümayəndələri yaradıb: “Eyni zamanda baramaçılıq ən gəlirli sahələrdən biridir. İpəkqurdunun bəslənilməsi üçün bir ay əziyyət çəkməli olursan. Qısa müddətdə çəkdiyin zəhmətin bəhrəsini görürsən. Ona görə də, növbəti illərdə barama istehsalını daha da artırmağı düşünürəm”.

Təsərrüfat rəhbəri deyib ki, keyfiyyətli barama istehsal etmək üçün müəyyən şərtlərə ciddi əməl edilməlidir. İpəkqurdu bəslənilən otaq təmiz, quru və isti olmalıdır. Otağın temperaturu 24-25 dərəcədə saxlanılmalıdır. İpəkqurdunu gün ərzində 4 dəfə yemləmək lazımdır.

“Bütün bu şərtlərə vaxtında və düzgün əməl etsən, istehsal etdiyin barama məhsulu da keyfiyyətli olacaq”, - deyə gənc kümçü qeyd edib.

Keçidlər