AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİBLƏR
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri, Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər, İctimai-siyasi məsələlər, Humanitar siyasət məsələləri, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələrinin məsul işçiləri tərəfindən Şəmkir rayonunda vətəndaşların qəbulu keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin də iştirak etdiyi vətəndaş qəbulunda 39 nəfər rayon sakinin müraciəti dinlənilib.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti eliktrik dirəklərinin yenilənməsi, internet xətlərinin çəkilməsi, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.