DƏLLƏR QƏSƏBƏ ŞAGİRDLƏRİ MƏKTƏBLƏRİNİ MƏHARƏTLƏ TƏQDİM ETDİLƏR
Şəmkirdə şagirdlərin gizli istedadını üzə çıxarmaq və onlara layiq olduqları dəstəyi göstərm üçün keçirilən «Məktəbin təqdimatı” layihəsi çərçivəsində bu gün növbəti təqdimatı Şəmkir rayon Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbin kollektivi edib.
Təqdimatda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir rayon Gənclər İdman İdarəsinin rəisi Emin İsmayılov, valideyinlər və rayonun aktiv gəncləri iştirak ediblər.
Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər. Məktəbin təqdimatı izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Təqdimatda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün intibah dövrünü yaşayır. Bu cür layihələr hazırlayaraq tariximizi, mədəniyyətimizi tanıtmaq istəyi də təhsilin inkişafı deməkdir.
Rayon rəhbəri vurğulayıb ki, bu gün bu gözəl balaları yanına gəlməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.
Şagirdlər isə öz növbəsində təqdimata gəldiyi üçün icra başçısına təşəkkür ediblər.