Şəmkirdə “Əsgər şöhrəti” bayramı keçirildi.
Azərbaycanın bütün rayonları kimi Şəmkir rayonu da dinamik inkişaf etməklə, yeni mərhələsini yaşayır. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.
İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illər qədim Şəmkirin tarixini reallaşdırır. Şəmkirlilər bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olurlar. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəmkirə dəfərlərlə səfər etmişdir. Şəmkirdə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, Şəmkir şəhər parkının salınması Şəmkirin gözəlliyinin bariz nümunəsidir.
29 oktyabrda Şəmkir rayonunda möhtəşəm bir tədbir keçirildi. Tədbir Şəmkir rayon Bayraq Meydanında açıq havada təşkil olunmuşdu. Tədbirin əsas şüarı əsgər şöhrəti idi. Hər bir Azərbaycan vətəndaşı harada olmasından asılı olmayaraq vətənini, torpağını sevməlidir.
Tədbirin əvvəlində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Korpusunun komandiri, Milli Qəhrəman, general Rövşən Əkbərov və rayonun rəhbər işçiləri ulu öndər Heydər Əliyevin heykəlinin önünə gül çələngi qoymuş və onun əziz xatirəsini yad etmişlər.
Tədbirdə rayon ziyalıları, ağsaqqalları, müharibə veteranları, şəhid anaları və s. iştirak edirdi. Şəmkir rayon hərbi qulluqçuları, qaravul dəstəsi, əsgərlərimiz, Şəmkir rayonunda şəhid adını daşıyan məktəblərin şahin qrumları iştirak edirdi. Hərbiçilərimiz ilk öncə Azərbaycan əsgərinin gücünü nümayiş etdirdilər. Hərbi maşınlar parad etdilər. Gənc şahinlər düzülüşə təqdim olundular. Tədbirdə Şəmkir Korpusunun komandiri general Milli Qəhrəman Rövşən Əkbərov geniş çıxış etdi. O, çıxışında tədbir iştirakçılarını salamladı, Azərbaycan ordusunun gücündən qürurla, fərəhlə danışdı. Tədbirin təşkil olunmasına göstərdikləri köməkliklərə görə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə, Müdafiə Naziri cənab Zakir Həsənova, Şəmkir rayon İcra Hakimiyyətinın Başçısı Alimpaşa Məmmədova minnətdarlığını bildirdi. General Milli Qəhrəman Rövşən Əkbərov çıxışında Azərbaycan ordusunun böyük gücə malik olduğunu qeyd etdi. Bu tədbirin Şəmkirdə ilk dəfə keçirildiyini dedi. Çıxışında Şəmkir gənclərinin vətənimizə, torpağa bağlı olduğunu vurğuladı. O, qeyd etdi ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev Azərbaycan ordusunun gücünü ən öndə saxlayır. Tədbirdə RİH başçısı Alimpaşa Məmmədov geniş çıxış etdi. O, bütün tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, bütün regionlarda olduğu kimi Şəmkir rayonunda da çox böyük abadlıq, quruculuq işləri gedir. Şəmkir rayonunda bu möhtəşəm tədbirin keçirilməsinə görə Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənova minnətdarlığını bildirdi. Tədbirdə Bakı şəhərindən və müxtəlif rayonlarda qonaqlar dəvət olunmuşdular. Yığıncaqda Müdafiə Nazirinin birinci müavini Nəcməddin Sadıqovun təbrik məktubu oxundu. Azərbaycanın qədim Oğuz adət-ənənələri nümayiş etdirildi. Cavad xan, Koroğlu, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Dədə-Qorqud, Xurşidbanı Natəvan yad edildi. Milli qəhrəmanımız İsrafil Məmmədovun şücayətindən danışıldı. Milli geyimlərimiz nümayiş etdirildi. Mübariz İbrahimovun mərdliyi, şücayəti, Vətənə bağlılığı, torpaq üçün, vətən üçün canından keçməyi, vətənpərvər olmağı gənclərə və tədbir iştirakçılarına çatdırıldı. Tədbir musiqi ilə davam etdi. Burada Vətənə bağlı musiqilər səsləndirildi. Azərbaycan hərbisinə yeni qəbul edilmiş hərbiçi qadınların paradı oldu. Hərbi vətənpərvərlik ruhunda hərbiçilərin mahnıları səsləndirildi. Tədbirin sonunda Millət Vəkili Sahibə Quliyeva çıxış etdi. O. Şəmkir haqqında qürurla danışdı. Bu tədbirin keçirilməsinin Şəmkir üçün böyük uğur gətirəcəyini, gənclərə örnək olacağını, onların vətəpərvər olmağını bir ənənə olaraq yadda qalacağını söylədi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi. Musiqi sədaları altında meyvə dolu maşın karvanı hərbi hissəyə yola salındı.