Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏYƏM CIRDAXAN KƏNDİNƏ YENİ HƏYAT BƏXŞ EDƏCƏK LAYİHƏ

07 iyun 2019 | 16:00

Prezident Cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkəmizin tərəqqisində yüksək dinamizm təmin olunmuşdur. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır.

Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafı, onların yerli investorlara çevirilməsi siyasəti hazırda Şəmkir rayonunda da uğurla icra olunur.

Bu sahədə münasibətlərin düzgün qurulması nəticəsində xaricdə fəaliyyət göstərən iş adamları rayonda tək gəlir gətirən sahələrə investisya yatırmırlar. Eyni zamanda sosialyönümlü layihələrdə də yaxından iştirak edirlər.
Son illərdə Şəmkir rayonunda bu sahədə müxtəlif genişmiqyaslı işlər həyata keçirilib. Bu işlərin davamı olaraq rayon İcra Hakimiyyəti və Zəyəm Cırdaxan kəndinin Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamları birlikdə tarixə yazılacaq bir layihəyə imza atımaq üzrədirlər.
Belə ki, uzun zamandır susuzluqdan əziyyət çəkən rayonun ən böyük kəndi olan Zəyəm Cırdaxana yeni su xəttinin çəkilişinə artıq başlanılmışdır.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov baş çəkib, işlərin gedişatı ilə maraqlanıb.
İş icraçıları məlumat verərək bildiriblər ki, 730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometrdir. Su xətti mənbəyini Zəyəm çayından götürür və yeni su xəttinin istismara verilməsi nəticəsində Zəyəm Cırdaxan kəndinin su təzhizatında olan problemlər tamamilə aradan qaldırılacaq.

Qeyd edək ki, Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir və əhalisinin sayı 10 minə yaxındır.

Keçidlər