İCRA BAŞÇISI QƏSƏBƏ XƏSTƏXANASINDA APARILAN TƏMİR İŞLƏRİ İLƏ TANIŞ OLUB
Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də Səhiyyə Nazirliyinin sifarişi ilə əsaslı şəkildə təmir olunan Kür Qəsəbə Xəstəxanasıdır.
Bu gün Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Kür qəsəbə Xəstəxanasında aparılan təmir işlərinin gedişatı ilə yaxından tanış olub.
İcra başçısına bildirilib ki, 2018-ci ilin əvvəllindən təmirinə başlanılan tibb müəssində artıq söküntü işləri tam başa çatdırılıb.
Təmir bərpa işlərinin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır.
Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.
Qəsəbə sakinləri rayonun ikinci ən böyük xəstəxanasında aparılan təmir işlərinə, sakinlərə göstərilən qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər