Şriftin ölçüsü :

Saytın rəngi :

C.RÜSTƏMOV ADINA TAM ORTA MƏKTƏBİN ŞAGİRDLƏRİNDƏN MÖHTƏŞƏM TƏQDİMAT - "MƏKTƏBİN TƏQDİMATI

05 iyun 2019 | 16:00

Bu gün Şəmkir rayonunda daim diqqət mərkəzində saxlanılan təhsil sahəsi qazanılan uğurları, əldə olunan yüksək göstəriciləri ilə fərqlənir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir.

Azərbaycanda analoqu olmayan “Məktəbin Təqdimatı” layihəsinin keçirilməsində məqsəd də şagirdlərin gizli istedadını üzə çıxarmaq və onlara layiq olduqları dəstəyi göstərməkdir.

Bu gün növbəti təqdimatı Şəmkir şəhər Cahangir Rüstəmov adına məktəbin kollektivi qonaqlara məktəblərini təqdim ediblər. Təqdimatda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət vəkili Sona Əliyeva, Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski, valideyinlər və rayonun aktiv gəncləri iştirak ediblər.

Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər. Məktəbin təqdimatı izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Məktəblilərlə səmimi söhbət edən icra başçısı bildirib ki, Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün intibah dövrünü yaşayır. Günü-gündən xarici ölkələrdə təhsil alan gənclərimizin sayının artması, yüksək təhsilli gənc kadrların önə çəkilməsi təhsilin səviyyəsinin artmasından xəbər verir. Bu cür layihələr hazırlayaraq tariximizi, mədəniyyətimizi tanıtmaq istəyi də təhsilin inkişafı deməkdir.

Rayon rəhbəri vurğulayıb ki, bu gün bu gözəl balaları yanına gəlməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.

Şagirdlər isə öz növbəsində təqdimata gəldiyi üçün icra başçısına təşəkkür ediblər.

Keçidlər