Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov Zəyəm qəsəbə sakinləri ilə görüş keçirdi.
Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Zəyəm qəsəbə sakinləri ilə görüş keçirmişdir. Görüşdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, aidiyyatı idarə və təşkilat rəhbərləri, Zəyəm qəsəbəsində yerləşən yerli qurumların rəhbərləri iştirak etmişdir.
Sakinlərlə görüş zamanı Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov geniş çıxış etmiş, 2000-ci ildən bəri Şəmkirdə gedən abadlıq quruculuq, işlərinin hər biri ilə yaxından tanış olduğunu bildirmişdir. Zəyəm qəsəbəsində tikilmiş Texnoparkın qəsəbə sakinləri üçün daha əlverişli olacağını yaxın vaxtlarda işləyəcəyi barədə məlumat vermiş, burada xeyli iş yerlərinin açılacağını bildirmişdir.
Görüş zamanı Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Şəmkirdə Aqropark kompleksinin əhəmiyyətindən geniş danışmış və bildirmişdir ki, bu layihə 1,5 ildə tam istifadəyə veriləcək və layihə Şəmkir rayonu üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Sonra Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov qəsəbə sakinlərini dinləmiş, onların mövcud problemləri ilə yaxından tanış olmuş və onların müraciətlərinin həlli ilə bağlı adiyatı qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Görüşün sonunda qəsəbə sakinləri onlarla görüşə gəlib vətəndaşları qəbul etdiyinə və onların problemləri ilə yaxından tanış olduqlarına görə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədova öz minnətdarlıqlarını bildirdilər.
Sakinlərlə görüşdən sonra rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Zəyəm qəsəbə İnzibati Ərazi Dairəsinin binasını, həmçinin dairə seçki məntəqəsi və qəsəbə xəstəxanasında olmuşdur.