Şriftin ölçüsü :

Saytın rəngi :

FHN xəbərdarlıq və toplanış məşqi keçirib

02 iyun 2019 | 16:00

Məşqə Şəmkir rayon İcra Hakimiyyəti aparatının Mülki müdafiə qərargahı, rayon Fövqəladə Hallar Komissiyası, müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, Qaz-qəza texniki qrupu, Enerji-qəza texniki qrupu, Su-qəza texniki qrupu, Rabitə qəza-bərpa dəstəsi, rayon səhiyyə şöbəsinin həkim və təcili yardım maşınları, baytarlıq idarəsinin epidemioloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstələrinin şəxsi heyəti və texnikaları cəlb olunub. Ümumilikdə mülki müdafiə məşqinə 269 nəfər şəxsi heyət, 56 texnika və avadanlıq cəlb edilib.

Məşq fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığın yoxlanılması məqsədilə keçirilib.

Məşqin gedişinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən baxış keçirilib, müvafiq tövsiyələr verilib.

Keçidlər