"BU İNSANLARIN İNAMINI BOŞA ÇIXARMAĞA HAQQIMIZ YOXDUR" - ALİMPAŞA MƏMMƏDOV
Ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən qayğı respublikamızın hər yerində olduğu kimi, Şəmkir rayonunda da daim diqqət mərkəzində saxlanılır.
Son illərdə Şəmkirdə vətəndaş amilinin ön plana çəkilməsini həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsindən aydın şəkildə görmək olar.
Bu gün də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 111 rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verib: «Bu insanların dövlətinə, onları canı qədər sevən Prezidentinə olan inamını boşa çıxarmağa heç bizimizin haqqımız yoxdur”.