"BAĞÇANIN TƏQDİMATI"
30 may 2019 | 16:00
Bildiyiniz kimi Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçanın təqdimatı" başlığı altında layihə həyata keçirilir.
Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayon Dəllər qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının fidanları ediblər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.
Körpə fidanlar bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.
Körpələrin məharətlərinə heyran qalan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.