Şriftin ölçüsü :

Saytın rəngi :

"XALQ CƏNAB PREZİDENTİ ÖZÜNƏ YAXIN SİRDAŞ, HİMAYƏDAR KİMİ GÖRÜR" - ŞƏMKİR AĞSAQQALLARI

29 may 2019 | 16:00

Dağ Daşbulaq sakinləri icra başçısını səyyar qəbuldan sonra evlərinə çay süfrəsinə dəvət etdilər

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun ən ucqar dağ kəndlərindən olan Dağ Daşbulaqda sakinləri fərdi şəkildə qəbul edib.

Əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeşliyi nəticəsində Dağ Daşbulaq sakinləri də qəbul zamanı arzu və istəklərini rayon rəhbərinə çatdırıb, müraciət etdikləri məsələrə konkret cavab alıblar.

Əvvəlcə kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, bu gün rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri şəmkirlilərə Cənab Prezident İlham Əliyevin sonsuz sevgi və qayğısını hiss etdirməkdir.

Kənd ağsaqqalları da qəbula gələrək icra başçısı vasitəsilə Cənab Prezidentə olan inamlarından, güvəmlərindən danışıblar. Qarayev Ziyad Hümbət oğlu qeyd edib ki, Prezidentimizin xalqa olan səmimi münasibəti o qədər saf və təmiz duyğularla zəngindir ki, xalq ondan ruhlanır, Cənab İlham Əliyevi özünə yaxın sirdaş, himayədar kimi görür: “Bu gün Cənab Prezident insanlarla elə bir səmimi münasibət qurub ki, xalqla Prezident arasında heç bir maneə yoxdur, insanlar öz rəhbərinə sərbəst şəkildə yanaşır, onunla həmsöhbət olur, arzu və istəklərini bildirirlər. Mənə elə gəlir ki, dövlət idarəçiliyində bundan xoş mənzərə, bundan səmimi hisslər yoxdur”.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər sosial problemlər, işıq dirəklərinin yenilənməsi və ötən il Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmir edilən kənd yolunun bəzi yerlərində yağıntı sularının yaratdığı çöküntülər yenidən pərpa olunmasına köməklik eilməsini xahiş ediblər.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Qəbulun sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu kənd ağsaqqalı Ziyad Qarayevin evində çay süfrəsinə qonaq olub.

Keçidlər