Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycançılıq və Liderlik Məktəbi”nin növbəti məşğələsi keçirildi.

27 oktyabr 2014 | 16:00

Şəmkir Heydər Əliyev Mərkəzinin “Azərbaycançılıq və Liderlik Məktəbi”nin növbəti məşğələsi keçirildi. “Arxeologiyanın inkişafında Azərbaycançılıq ideologiyasının rolu” mövzusunda keçirilən bugünkü məşğələnin qonağı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, gənc alim Elvin Əliyev öncə arxeologiya anlayışı, arxeoloji mədəniyyətlər və növləri, arxeoliji təbəqə və abidələr kimi anlayışlar haqqında maraqlı bilgilər vermiş, dünya arxeoloji abidələri, son illərdə aparılan tanınmış ekspedisiyalarla bağlı çox maraqlı təqdimat etmişdir.
Elvin Əliyev Azərbaycan arxeologiyasının tarixi ,müasir inkişafı, bu sahədə baş verən yeniliklər barəsində ətraflı danışmışdır. Qeyd edilmişdir ki, Azərbaycanda arxeologiya qazıntılar son 100 ildə, XIX əsrin son rüblərindən aparılmağa başlasa da, arxeologiyanın bir elm sahəsi kimi ölkəmizdə məhz Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra inkişaf etmişdir. Təsadüfi deyil ki, elə sözügedən Arxeologiya və Etnoqrafiya İnstitutu da məhz 1993-cü ildən fəaliyyətə başlamışdır. Elvin Əliyev qeyd etmişdir ki, bu gün Azərbaycanın 40-a yaxın bölgəsində arxeolojiekspedisiyalar fəaliyyət göstərir, müxtəlif qazıntılar aparılır. Bu arxeoloji kəşflər nəticəsində, ölkəmizin müxtəlif yerlərində, Naxçıvanda, Gədəbəydə, Şəmkirdə, Tovuzda, Qaradağda, Ağdamda, Füzulidə və digər regionlarda Paleolit, Mezolit, Neolit, Eneolit, Tunc, Dəmir, Orta əsrlərə dair maddi-mədəniyyət qalıqları toplanıb tədqiq olunmuş, tarximizin arxeoloji mənbələr əsasında öyrənilməsinə zəmin yaratmışdır.

 

Keçidlər