Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI BU GÜN 108 NƏFƏR SAKİNİN MÜRACİƏTİNİ DİNLƏYİB

24 may 2019 | 16:00

Hamıya məlumdur ki, dövlətimizin başçısı Cənab İlham Əliyev yürütdüyü siyasətdə həmişə vətəndaş amilinə önəm verib. Məhz bu siyasətin çox diqqətçəkici istiqamətlərindən biri də onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir.

Burada isə sosial siyasətin əsas məğzi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir.
Şəmkir sakinlərinin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu günki qəbulunda da insanlar böyük ümidlə gəlmişdirlər.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.

Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov vətəndaşların şifahi qəbulu zamanı 108 nəfərin müraciətini dinləyib.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050-511-21-61) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Keçidlər