AZƏRBAYCANDA İLK DƏFƏ ŞƏMKİRDƏ KƏND TƏSƏRRÜFATI TEXNİKASI YARMARKASI KEÇİRİLİB
Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi ilə bu gün Şəmkir Aqroparkında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən texnika yarmarkası keçirilib.
Yarmarkada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.
Yarmarkanın işidə uğurlar arzulayan icra başçısı belə bir tədbirin Şəmkirdə keçirilməsinin fermerlər üçün önəmindən danışıb.
Daha sonra tədbirin açılışını bildirən rəmzi lent kəsilib və texnika yarmarkasında 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim ediblər.