Şriftin ölçüsü :

Saytın rəngi :

"BU İŞLƏRİN TƏMƏLİNDƏ CƏNAB PREZİDENTİMİZİN XALQIMIZA OLAN SEVGİSİ, DƏYƏRİ DAYANIR"- MAHMUDLU AĞSAQQALLARI

14 may 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Mahmudlu kəndində 15 nəfər sakinin müraciətini fərdi qaydada dinləyib.

Qəbuldan öncə icra başçısı Mahmudlu sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Daha sonra sakinlər fərdi qaydada dinlənilib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, elektrik dirəkləinin dəyişdirilməsi və mübahisəli torpaq məsələləri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Kənd ağsaqqalı Əmrahov Sabir Tapdıq oğlu müraciəti zamanı Prezident Cənab İlham Əliyevin xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətdə atdığı addımlar yüksək qiymətləndirib və Mahmudlu sakinləri adından Cənab Prezidentə minnətdarlıq edib: “Bu gün biz çiçəklənən, təhlükəsiz bir ölkənin vətəndaşıyıq. Dünyanın heç bir yerində belə sabitlik yoxdur. Bunu hər bir azərbaycanlı başa düşür. Bütün bunlar Cənab Prezidentin xalqımıza olsan sevgisinin, dəyərinin nəticəsidir.Bu dirçəlişi bizə bəxş edən Prezidentimizə ağsaqqallar adından təşəkkür edirik. Cənab İlham Əliyevin xalqımızın rifahına yönəlmiş addımlarını bütün şəmkirlilər kimi, Mahmudlu sakinləri də dəstəkləyir və Prezidentimizlə qürur duyuruq”.

Keçidlər