Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov rayonun Kür qəsəbəsində sakinlərlə görüşmüşdür.
25 oktyabr 2014 – cü il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov rayonun Kür qəsəbəsində yerləşən xəstəxanada və 240 yerlik uşaq bağçası və körpələr evində gedən təmir işləri ilə tanış olmuş və qəsəbə mərkəzində yerləşən bələdiyyə binasının qarşısında sakinlərlə görüşmüşdür. Görüşdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, aidiyyatı idarə və təşkilat rəhbərləri, Kür qəsəbəsində yerləşən yerli qurumların rəhbərləri iştirak etmişlər.
Görüşü Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq sakinləri salamlamış və onlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarının çatdırmışdır.
Sonra Alimpaşa Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasəti nəticəsində respublikamızın regionlarında da infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.Bütün bunların bariz bir nümunəsi kimi göstərmək olar ki, Şəmkir rayonunda böyük bir layihənin Şəmkir Aqropark sənaye kompleksinin tikilməsi planlaşdırılmışdır. Bu Aqropark sənaye kompleksinin tikintisi bütövlükdə Şəmkirin inkişafında və Kür qəsəbəsində yaşayan insanların işlə təmin olunmasında mühüm rol oynayacaqdır.
Sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov vətəndaşları dinləmiş, onları narahat edən problemlərlə yaxından tanış olmuş və onların müraciətlərinin həlli ilə bağlı adiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.
Sonda qəsəbə sakinlərindən bir neçəsi çıxış edərək onlarla görüşə gəlib vətəndaşları qəbul etdiyinə və onların problemləri ilə yerində tanış olduqlarına görə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədova və aidiyyatı idarə rəhbərlərinə və öz minnətdarlıqlarını bildirdilər.