Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 9 may “Qələbə Günü” qeyd olunub

09 may 2019 | 16:00

Qələbə günü münasibətilə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə 1941-1945 muharibəsi zamani həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, gül dəstələri düzüblər.


Tədbirdə çıxış edənlər qələbinin təmin edilməsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib düşmənə layiqli cavab veriblər.

Həmçinin, vurğulanıb ki, hər bir müharibə veteranın döyüş təcrübəsi onların keşməkeşli həyat yolu gənclərimizə örnək olmalıdır.

Tədbirdə müstəqil Azərbaycanın banisi Ulu Öndər veteranlara hər zaman böyük diqqət və qayğısından danışılıb.

Qeyd olunub ki, cəsur insanların öz həyatları bahasına faşizmin məhv edilməsinə verdikləri əvəzsiz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti ilə tezliklə düşmən tapdağı altındakı torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın dövlət bayrağı Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq və xalqımız Şuşada qələbə bayramını qeyd edəcək.

Veteranlar da öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Tədbirin sonunda Şəmkir RİH başçısı, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, idarə və müəssisələrin rəhbərləri, Şəmkir veteranları, ictimaiyyət nümayəndələrinə N saylə hərbi hissənin əsgərləri tərəfindən əsgər süfrəsi açılıb.

Qeyd edək ki, 1941-1945-ci il müharibəsində Şəmkir rayonundan 8 mindən çox soydaşımız iştirak edib. Onların yarıdan çoxu canını qurban verib. Hazırda Şəmkirdə 12 müharibə veteranı yaşayır.

Keçidlər